"Ayntraxt"ın müdafiəçisi Nnamdi Kollins karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Liverpul" və "Arsenal" Almaniya U-21 millisinin üzvünü transfer etmək istəyir. Frankfurt təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisinə 40 milyon avro qiymət qoyub.

Premyer Liqa nəhəngləri gənc oyunçunu transfer etmək üçün yayda danışıqlara başlayacaqlar.

Qeyd edək ki, Nnamdi Kollins bu mövsüm "Ayntraxt"ın heyətində keçirdiyi 28 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest