11 Mart 2026, 11:56
ÇEMPİONLAR LİQASI
"Çelsi" UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin PSJ ilə ilk matçına itki ilə çıxacaq.
Matc.az xəbər verir ki, Estevan Villian Paris səfərində komandaya kömək edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı vinger zədəli olduğu üçün komanda ilə birlikdə Fransaya aparılmayıb.
18 yaşlı futbolçu bu mövsüm London təmsilçisinin heyətində keçirdiyi 32 oyunda 7 qol vurub, 3 qol ötürməsi edib.
Qeyd edək ki, PSJ - "Çelsi" qarşılaşması bu gecə Bakı vaxı ilə saat 00:00-da start götürəcək.


_1773233544.jpg)





_1773227069.jpg)



