"Santos"un braziliyalı hücumçusu Neymar 2026-cı il dünya çempionatında Karlo Ançelottinin heyətinə daxil olmaq şansını artırmaq üçün yüksək səviyyəli bir transferə ümid edirdi. Lakin, 32 yaşlı futbolçuya Avropa komandalarından maraq yoxdur.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Diario Sport" yayıb.
Bildirilir ki, bu vəziyyətdə oyunçu karyerasını davam etdirmək üçün iki variantı nəzərdən keçirir. "Santos"la müqaviləsini uzatmaq və ya MLS-ə keçmək. O, "İnter Mayami"də Lionel Messi və Luis Suareslə birlikdə oynaya bilər.
Neymar sonuncu dəfə sentyabrın 14-də oynayıb. O vaxtdan bəri zədəlidir və sağalma prosesini davam etdirir. O, "Santos"a qayıtdığı vaxtdan bəri klubda 21 oyun keçirib, altı qol vurub və üç məhsuldar ötürmə edib.












