MLS pley-off mərhələsinin birinci turunun ilk oyunu "İnter Mayami" və "Neşvill" arasında baş tutub.

Matc.az xəbər verir ki, oyun qonaq komandanın 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Argentinalı hücumçu Lionel Messi het-trik edib. Bu matç da daxil olmaqla, Messinin 2025-ci ildə "İnter Mayami" üçün 39 qolu var və bu, bir təqvim ilində MLS-də qol vurmaq üzrə yeni rekorddur. Rekord əvvəllər Denis Bouanqaya (2023-cü ildə 38 qol) və Karlos Velaya (2019-cu ildə 38 qol) məxsus idi.

Qeyd edək ki, komandalar arasında növbəti oyun 2 noyabrda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest