Mövsümün sonunda "Kristal Pelas"la müqaviləsi başa çatan Mark Qehi karyerasını Almaniyada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Bavariya" yayda azad agent statusunda olacaq ingiltərəli futbolçunun xidmətində maraqlıdır. Münhen təmsilçisi artıq 25 yaşlı mərkəz müdafiəçisinin agentləri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Mark Qehi bu mövsüm "Kristal Pelas"ın heyətində keçirdiyi 14 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest