“Fiorentina”nın hücumçusu Edin Dzeko Konfrans Liqası tarixinin rekorduna imza atıb.

Matc.az xəbər verir ki, bosniya və herseqovinalı forvard ötən gecə Liqa mərhələsinin III turu çərçivəsində “Rapid Vyana”lə görüşdə fərqlənib. 39 yaşlı hücumçu bununla da turnir tarixində qol vuran ən yaşlı oyunçu adını qazanıb.

Qeyd edək ki, Dzeko mövsümün əvvəlində təmsilçisinin heyətinə qoşulub. O, Florensiya təmsilçisinin heyətində keçirdiyi 10 oyunda 2 qol vurub. Təcrübəli futbolçu karyerası ərzində “Mançester Siti”, “Roma”, “İnter”, “Volfsburq” və digər klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest