Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq görüşünü keçirəcək.

Matc.az xəbər verir ki, A milli Qazaxıstan yığması ilə qarşılaşacaq. Çimkənd şəhər stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Matçı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.

24 oktyabr

Qazaxıstan (Qadınlar) - Azərbaycan (Qadınlar)

Çimkənd şəhər stadionu. Saat 18:00
Baş hakim: Gulşoda Saidkulova
Baş hakimin köməkçiləri: Kristina Sereda, Xayriniso Erkiniva
Dördüncü hakim: Roziyabonu Yusupova
(Hakimlər briqadası Özbəkistandandır)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest