24 Oktyabr 2025, 11:47
FUTBOL
"Mançester Siti"nin sabiq qapıçısı Skott Karson gələcəyi ilə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, 40 yaşlı qolkiper peşəkar karyerasını başa vurub. Futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli əlcək sahibi ötən mövsümün sonunda "Mançester Siti"dən ayrıldıqdan sonra klubsuz idi.
Qeyd edək ki, Skott Karson karyerası ərzində "Lids Yunayted", "Liverpul", "Aston Villa", "Bursaspor", "Vest Bromviç" kimi klublarda çıxış edib.












