Niderlandın "Utrext" klubu Avropa Liqasının I turunda "Lion" ilə bağlı UEFA-ya şikayət edib.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Etirazın əsas səbəbi yarımmüdafiəçi Raşid Qezzalın oyunda iştirak ərizəsinə daxil olmaması olub.

65-ci dəqiqədə meydana daxil olan Qezzal matçda yeganə qolun müəllifi Tanner Tesmana məhsuldar ötürmə verib. Bu qol "Lion"un qələbəsini təmin edib. Lakin nəticə ləğv oluna bilər. Məlum olub ki, futbolçu "Lion"un Avropa Liqasında iştirak siyahısına salınmayıb, ona görə də onun matçda iştirakı yarış reqlamentini pozur.

UEFA artıq Qezzalın yarışda iştirakını dayandırıb və hadisə ilə bağlı araşdırmaya başlayıb. Fakt təsdiq olunarsa, komandaya texniki məğlubiyyət verilə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest