23 Oktyabr 2025, 18:24
FUTBOL
"Barselona"nın futbolçusu Frenki de Yonq "El-Klasiko" qarşılaşması öncəsi komandanın məşqinə qatılmayıb.
Matc.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi mədə-bağırsaq problemi səbəbindən hazırlıq prosesini buraxıb.
Buna baxmayaraq, onun oktyabrın 26-da "Real"la oyunda iştirak etməsi ehtimal olunur.
Bundan başqa, Kataloniya təmsilçisinin müdafiəçisi Andreas Kristensen də oxşar səbəbdən məşqlərdə yer almayıb. O, həmçinin Çempionlar Liqasında "Olimpiakos" üzərində 6:1 hesablı qələbə ilə başa çatan matçı da buraxmışdı.