23 Oktyabr 2025, 13:34
FUTBOL
İtaliyanın “Bolonya” klubunun baş məşqçisi Vinçenso İtalyano xəstəxanaya yerləşdirilib.
Futbolpress.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisə pnevmaniya diaqnozu qoyulub. Onun həkim nəzarəti altında 5 gün xəstəxanada qalacağı bildirilib.
Qeyd edək ki, “Bolonya” bu gün Avropa Liqası Liqa mərhələsinin III turu çərçivəsində Rumıniyada FKSB ilə qarşılaşacaq. Matça saat 20:45-də start veriləcək.