22 Oktyabr 2025, 18:24
FUTBOL
"Nyukasl" və Sandro Tonali futbolçunun 10 aylıq qadağası zamanı gizli müqaviləni uzadıblar.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, tərəflər gizli şəkildə 2029-cu ilin yayına qədər bir il uzadılma opsiyalı yeni müqavilə imzalayıblar. Əvvəlki müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Klub və oyunçu 2023/24 mövsümünə qədər tərəfdaşlıqlarını uzatmaq qərarına gəliblər, 25 yaşlı italyan isə qeyri-qanuni idman mərclərinə görə 10 aylıq qadağaya məruz qalıb.
Qeyd edək ki, Sandro Tonali 2023-cü ilin yayında "Milan"dan 58,9 milyon avroya "Nyukasl"a keçib. O, İngiltərə klubunda 67 matçda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.