Hakim Ziyeş karyerasını ölkəsində davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mərakeşli vinger "Vidad"la anlaşıb. 32 yaşlı vinger Kasablanka təmsilçisinə azad agent statusu ilə qoşulur. Təcrübəli oyunçu yaxın zamanda yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Hakim Ziyeşin son klubu Qətərdə "Əl-Duhail" olub. O, daha əvvəl "Çelsi" və "Qalatasaray"da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest