22 Oktyabr 2025, 14:55
FUTBOL
"Fənərbaxça" UEFA Avropa Liqası Liqa mərhələsinin III turu çərçivəsində doğma meydanda "Ştutqart"ı qəbul edəcək.
Matc.az xəbər verir ki, İstanbul nəhəngi Almaniya klubu ilə oyuna ciddi itkilərlə çıxacaq.
Qapıçı Edersonla hücumçu Con Duran zədəlidir. Digər hücumçu Cenk Tosun və vinger İrfan Can Kahveci isə baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.
Qeyd edək ki, "Fənərbaxça" - "Ştutqart" qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.