MLS-də oktyabr ayının ən yaxşı futbolçusu açıqlanıb.

Matc.az xəbər verir ki, bu, “İnter Mayami”də  çıxış edən Lionel Messi ən yaxşı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Argentinalı vinger bu ay MLS-də keçirdiyi 3 oyunda 5 qol vurub, 5 qol ötürməsi edib.

Messi 5-ci dəfə ayın oyunçusu seçilib. O, çempionatda bu göstəriciyə nail olan ilk oyunçudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest