“Xankəndi”nin “Araz Saatlı” üzərində 14:0 hesablı qələbəsi ümumilikdə müstəqil Azərbaycanın peşəkar və yarımpeşəkar səviyyəli turnirləri üçün (II Liqanın ötən əsrdəki oyunları nəzərə alınmamaqla) ikinci ən böyük nəticənin təkrarıdır.
II Liqanın VI turu “Xankəndi”nin böyükhesablı qələbəsi ilə əlamətdar olub.
Matc.az PFL-ə istinadən xəbər verir ki, “Araz-Saatlı”nın qonağı olan debütant 14:0 hesablı qələbə qazanıb.
Bu, PFL-in bayrağı altında keçirilən yarışların tarixində ən böyük fərqli qalibiyyətdir. 2008-ci ildən Premyer Liqa, I Liqa, II Liqa, Əvəzedicilər liqası, ölkə kuboku və Superkubokunda 14 top fərqi ilə qalib gələn olmamışdı.
“Xankəndi”nin “Araz Saatlı” üzərində 14:0 hesablı qələbəsi ümumilikdə müstəqil Azərbaycanın peşəkar və yarımpeşəkar səviyyəli turnirləri üçün (II Liqanın ötən əsrdəki oyunları nəzərə alınmamaqla) ikinci ən böyük nəticənin təkrarıdır.
Yalnız bir dəfə ölkə çempionatı və kubokunda daha böyük fərqə təsadüf olunub. 1993/94 mövsümündə I dəstədə mübarizə aparan komandaların duelində Sumqayıt təmsilçisi “Metallurq” “Göytəpə”ni 15:0 hesabı ilə məğlub edib.
14:0 hesabına isə 3-cü dəfə təsadüf olunub. Əvvəlki qələbələrin hər ikisinə “Şəfa” imza atıb və bu uğurlara ölkə kubokunda nail olub. 1997/98 mövsümündə HHQ İK, 2003/04 mövsümündə isə “Lider Qarabağ”la görüşdə “Şəfa” 14 cavabsız qol vurub. “Xankəndi” Saatlı təmsilçisi üzərində qələbə ilə “Şəfa”nın 22 il əvvəl imza atdığı XXI əsrin rekordunu təkrarlayıb.