"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turu çərçivəsində doğma meydanda "Budo Qlimt" ilə üz-üzə gələcək.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itki ilə çıxacaq. Bu barədə barədə komandanın baş məşqçisi Okan Buruk məlumat yayıb.

Müdafiəçi Vilfred Sinqo komandaya kömək edə bilməyəcək. Fil Dişi Sahili millisinin üzvü ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Qalatasaray" - "Budo Qlimt" qarşılaşması sabah "Rams Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest