"Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatan Harri Maquayr klubda qalmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "BBC Sport" televiziyası məlumat yayıb.

İngiltərəli mərkəz müdafiəçisi yeni sözləşmə üçün maaşının azaldılmasına razıdır. 32 yaşlı futbolçu ilə yaxın zamanda yeni müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Harri Maquayr bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 8 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest