"Şəmkir" baş məşqçisi Vüqar Nadirovla yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Vüqar Nadirova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Şəmkir" hazırda 2-ci liqada 6 turdan sonra 9 xalla 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest