"Neftçi"nin azarkeşləri rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyinə paytaxt təmsilçisi 3000 manat cərimələnib.
AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasının VIII turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.
Matc.az qəbul olunmuş qərarları diqqətinizə çatdırır:
“Araz-Naxçıvan” oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” 700 manat cərimə edilib. "Ağ-qaralar"ın azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə klub daha 6000 manat ziyana düşüb. "Neftçi"nin azarkeşləri rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyinə paytaxt təmsilçisi 3000 manat cərimələnib.
“İmişli” – “Qəbələ” oyununda qonaq komandada 5 nəfər sarı vərəqə aldığı üçün "qırmızı-qaralar" 700 manat cərimə ödəyəcək.
“Sumqayıt” – “Karvan-Yevlax” oyunu qonaq komandanın meydançaya gec çıxması səbəbindən gec başladığı üçün klub 3000 manat cərimə olunub.