"Bavariya" mövsümün sonunda klubla müqaviləsi başa çatan Leon Qoretskaya əvəzləyici axtarır.

Matc.az xəbər verir ki, Bundesliqa nəhənginin əsas hədəfi "Atletiko"da çıxış edən Pablo Barriosdur. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Bavariya" ispaniyalı yarımmüdafiəçi üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır. Keçidin təxminən 70 milyon avroya reallaşacağı bildirilir.

Qeyd edək ki, Pablo Barrios "Atletiko"nun yetirməsidir. İspaniya millisinin üzvü olan 22 yaşlı futbolçu bu mövsüm Madrid təmsilçisinin heyətində keçirdiyi 14 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest