"Mançester Siti" qarşıdakı oyunlara ciddi itki ilə çıxacaq.

Matc.az xəbər verir ki, Rodri hələ də zədəsini sağaltmayıb. Bu barədə komandanın baş məşqçisi Pep Qvardiola məlumat verib.

İspaniyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqasında "Vilyarreal" (21 oktyabr), Premyer Liqada isə "Aston Villa"ya qarşı matçda (26 oktyabr) iştirak etməyəcək.

Qeyd edək ki, Rodri bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 11 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest