19 Oktyabr 2025, 15:40
FUTBOL
Dortmund "Borussiya"sının və "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp Almaniya Futbol Liqasının (DFL) yeni ekspertlər komitəsinin tərkibində yer alıb.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Komitənin rolu alman futbolunun inkişafı, böyüməsi və ümumi rəqabət qabiliyyəti istiqamətində işləmək olacaq. Komitənin ilkin hesabatı və təklifləri 2026-cı ilin yazında müzakirə olunacaq.
Bu elit qrupa Kloppdan başqa, "Real"ın əfsanəsi Sami Kedira və Bundesliqa klublarının bir neçə rəhbərləri də daxildir. Bu, Kloppun cari ilin əvvəlində "Liverpul"dan ayrıldıqdan sonra futbolda ilk rəsmi roludur.