"Santos"un futbolçusu Neymar Avropaya qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "SportMediaset" məlumat yayıb.

Braziliyalı vingerin İtaliyada oynamaq ehtimalı var. 33 yaşlı oyunçunun meneceri "İnter" və "Napoli" ilə danışıq aparır.

Uıduz futbolçu bu ilin sonunda klubu ilə müqaviləsi başa çatdıqdan sonra Avropaya dönməyi planlaşdırır.

Qeyd edək ki, Neymar bu mövsüm "Santos"un heyətində keçirdiyi 21 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest