"Milan"ın baş məşqçisi Massimiliano Alleqri A Seriyasında sentyabr ayının ən yaxşı məşqçisi seçilib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya çempionatının yüksək divizionunun mətbuat xidməti məlumat yayıb.

Alleqriyə mükafatı oktyabrın 19-da, A Seriyasının yeddinci turunun "Fiorentina" ilə oyunundan əvvəl veriləcək.

Sentyabrda "Milan" A Seriyasında üç oyun keçirib və hər üçündə qələbə qazanıb – "Bolonya"ya qarşı 1:0, "Udineze"yə 3:0 və "Napoli"yə 2:1. "Milan" hazırda A Seriyasında 6 oyundan sonra 13 xalla üçüncüdür. Alleqrinin komandası "Napoli" və "Roma"dan 2 xal geri qalır.

Xatırladaq ki, sentyabr ayı üçün A Seriyasında ayın oyunçusu mükafatı da "Milan"a verilib. Mükafat amerikalı vinger Kristian Pulişiç alıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest