"Əl-Hilal" klubu "Aston Villa" ilə İngiltərə millisinin hücumçusu Olli Uotkinsin transferi barədə razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, Birmingem təmsilçisi avqustun 26-da hücumçu ilə bağlı gələn son təklifi qəbul edib. 30 yaşlı ingilis futbolçunun transfer məbləği 58,4 milyon avro, əlavə olaraq bonus şəklində isə 2 milyon avro təşkil edəcək. Futbolçu keçidi tamamlamaq üçün bir həftə ərzində Səudiyyə Ərəbistanına yollanacaq.

Daha əvvəl "Aston Villa"nın Uotkinsi ən azı cari 2026/27 mövsümünün sonuna qədər heyətdə saxlamağa çalışdığı bildirilirdi, çünki Olli baş məşqçi Unai Emerinin planlarına daxil idi. İngiltərəli hücumçunun klubla hazırkı müqaviləsi 2028-ci il iyunun sonuna kimidir. "Transfermarkt" portalı oyunçunun dəyərini 25 milyon avro qiymətləndirir.

Xatırladaq ki, futbolçu 2020-ci ilin sentyabrından, "Brentford"dan keçdiyi vaxtdan bəri komandada 278 matça çıxıb, 108 qol vurub və 47 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest