İspaniyanın "Vilyarreal" klubunun mərkəz müdafiəçisi Villi Kambvala İtaliyanın "Komo" klubuna icarəyə keçib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, icarə müqaviləsi cari mövsümün sonuna qədər qüvvədə olacaq. Bununla belə, müqavilədə futbolçunun transfer hüquqlarının birdəfəlik satın alınması bəndi də yer alıb.

Qeyd edək ki, Kambvala 16 yaşında Fransanın "Soşo" klubundan transfer olunduğu vaxtdan "Mançester Yunayted"in oyunçusu olub. O, "mankunianlar"ın heyətində karyerasının 4 ilini keçirib və bu müddət ərzində əsas komandada 10 matçda meydana çıxıb, məhsuldar xallarla yadda qalmayıb.

2024-cü ilin yayında fransalı futbolçu klubunu dəyişərək "Vilyarreal"a keçib. "Sarı sualtı qayıq"ın formasında 22 yaşlı mərkəz müdafiəçisi 23 oyuna çıxıb və bu qarşılaşmalarda da fərqlənə bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest