"Sanderlend" klubu "Mançester Siti"nin vingeri Cek Qrişilişi icarəyə götürmək üçün rəsmi sorğu göndərib.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" idman nəşri məlumat yayıb.
Bildirilir ki, təklifə əsasən "şəhərlilər" 30 yaşlı oyunçunun maaşının bir hissəsini ödəməyə davam edəcəklər. "Sanderlend" gələn yay futbolçunun müqaviləsi başa çatdıqdan sonra onu birdəfəlik transfer etməyə çalışacaq.
Ötən mövsümü icarə əsasında "Everton"da keçirən Qrişiliş, cari mövsümdə Pep Qvardiolanın komandasında hər iki start oyununda – "Arsenal"a qarşı İngiltərə Superkuboku matçında və Premyer Liqada "Bornmut" üzərində qazanılan qələbə (2:1) görüşündə sonradan meydana daxil olub.
Onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci il iyunun sonuna qədərdir. "Transfermarkt" portalı 30 yaşlı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Qrişiliş 2021-ci ilin yayından, "Aston Villa"dan keçdiyi vaxtdan bəri "şəhərlilər"də çıxış edir. O, bu müddətdə İngiltərə qrantının heyətində 159 oyuna çıxıb, 17 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.













