Çempionluq, kubok, indi də Çempionlar Liqasına düşmək isə inanılmaz tarixdir.

"Sabah"ın futbolçusu Tellur Mütəllimov UEFA Çempionlar Liqasının pley-off mərhələsininin "Hapoel"lə (Beer-Şeva) Bakıda keçirilən cavab oyunundan sonra fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, oyunun 90+4-cü dəqiqəsində gözəl zərbə ilə həlledici qolu vuran yarımmüdafiəçi "İctimai TV"yə açıqlamasında bildirib:

“Hisslər çox gözəldir. Son dəqiqə qolu həmişə gözəl olur. Düzdür, təkcə son qol deyil, ondan əvvəl vurulan qollar da var. Uşaqlar əziyyət çəkdilər, hamı möhtəşəm oynadı. Azarkeşlərə də səsləniərm ki, onların dəstəyi bizə çox kömək oldu, daha da ruhlandırdı. Onları növbəti oyunlarda da gözləyirik, qələbələr gələcək".

T.Mütəllimov qısa müddətdə tarix yazdıqlarını deyib: "Çox sevincliyik, tarix ardınca tarix yazırıq. Çempionluq, kubok, indi də Çempionlar Liqasına düşmək isə inanılmaz tarixdir. Çünki komandanın öz tarixi elə böyük deyil. 2017-ci ildə yaranmış komandayıq. Qısa müddətdə bunları qazanmaq möhtəşəmdir".

O qeyd edib ki, Liqa mərhələsində istənilən rəqiblə keçiriləcək oyun tarixə yazılacaq: "Burda TOP komandalar olur. “Çelsi”, “Real”, kim gəlir gəlsin, maksimum yaxşı nəticə üçün çalışacağıq. Hansı komanda gəlsə, bu, bir tarixdir. Fanatlara da səslənirəm, gəlib dəstək olsunlar, onlara həmişə ehtiyacımız var”.

Xatırladaq ki, "Sabah" səfərdə 1:2 hesabı ilə uduzduğu İsrail klubuna Bakıda 5:2 hesabı ilə qalib gələrək ilk dəfə qatıldığı Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest