"Neftçi" klubunun əfsanəvi qapıçısı və rekordçusu Sergey Kramarenkonun 80 illik yubileyi münasibətilə onun həyat və karyerasından bəhs edən sənədli film hazırlanıb.

"Neftçi" klubunun əfsanəvi qapıçısı və rekordçusu Sergey Kramarenkonun 80 illik yubileyi münasibətilə onun həyat və karyerasından bəhs edən sənədli film hazırlanıb.

Matc.az xəbər verir ki, bu barədə "Neftçi" PFK-nın Media departamenti məlumat yayıb.

Bildirilir ki, 1946-cı ildə anadan olan və bu il mayın 27-də 80 illiyini qeyd etdiyimiz Sergey Kramarenko 1964-cü ildə – 18 yaşında "Neftçi"də debüt edib. Elə həmin il Anatoli Banişevski ilə birlikdə SSRİ çempionatının ən yaxşı debütantı seçilən əfsanəvi qolkiper, iki il sonra – 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanıb. Azərbaycan futbolunun parlaq simalarından olan Kramarenko "Neftçi"də keçirdiyi 20 ilə yaxın müddət ərzində 412 rəsmi oyuna çıxaraq klubun mütləq rekordçusuna çevrilib.

1992-1993-cü illərdə "Neftçi"nin məşqçisi, daha sonra isə baş məşqçisi olan Kramarenko klubun ilk çempionluğunun və ilk Azərbaycan Superkubokunun memarlarından biridir. 2008-ci il martın 25-də vəfat edən unudulmaz "1 nömrə"yə həsr olunmuş filmdə onun oğlu Dmitri Kramarenko, veteran futbolçular – Kazbek Tuayev, Asif Əliyev, Rüstəm Rəhimov, "Neftçi" azarkeşi Akif Əliyev və tanınmış jurnalist Vasif Ağamirov xatirələrini bölüşüblər.

Sergey Kramarenkonun uşaqlıq illərindən vəfatına qədər demək olar ki, bütün ömrünü və karyerasını əhatə edən sənədli filmi aşağıdakı keçiddən izləyə bilərsiniz:

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest