Lissabonun "Benfika" klubu Münhen "Bavariya"sından yarımmüdafiəçi Joau Palinyanın transferini elan edib.

Matc.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Təcrübəli futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. "Benfika" və "Bavariya" arasındakı bu transfer sazişinin maliyyə dəyəri təxminən 14 milyon avro təşkil etdiyi bildirilir.

Qeyd edək ki, "Bavariya" 2024-cü ildə Palinyanı 51 milyon avroya transfer etsə də, portuqaliyalı yarımmüdafiəçi Almaniya nəhənginin heyətində möhkəmlənə bilməmişdi. O, geridə qalan mövsümü icarə əsasında Londonun "Tottenhem" klubunda keçirib.

Hazırda 31 yaşlı futbolçunun bazar dəyəri 15 milyon avro qiymətləndirilir. Palinya "Benfika"nın əzəli və prinsipial rəqibi hesab olunan "Sportinq" klubunun yetirməsidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest