26 Avqust 2026, 16:20
FUTBOL
"Kristal Pelas" klubu "Çelsi"dən müdafiəçi Aksel Disasinin keçidini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İcarə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədə olacaq. "Kristal Pelas"ın icarə müddətində fransalı müdafiəçinin maaşını tamamilə öz üzərinə götürəcəyi bildirilir.
Qeyd edək ki, Disasi ötən mövsümü də icarə əsasında "Vest Hem" klubunun heyətində keçirib.













