"Aston Villa"nın və Argentina millisinin qapıçısı Emiliano Martines karyerasını "Çelsi"də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, "Aston Villa" "Çelsi"yə qapıçı ilə bağlı rəsmi təklif göndərib. Həm London klubu, həm də qolkiperin özü bu transferə müsbət yanaşır. "Aston Villa"nın "Parma"dan Zion Suzukini transfer etməsindən sonra Martinesə komandada ehtiyac qalmayıb.

33 yaşlı Martines 2020-ci ildən bəri "Aston Villa"nın şərəfini qoruyur. Geridə qalan mövsümdə o, İngiltərə klubunun heyətində ümumilikdə 44 oyuna çıxıb, qapısında 49 qol görüb və 13 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir, transfer dəyəri isə 12 milyon avro qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest