"Kristal Pelas" klubu cinah hücumçusu İsmaila Sarrın transferi ilə bağlı "Liverpul"un etdiyi 50 milyon funt-sterlinq (58 milyon avro) dəyərindəki təklifi rədd edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, London təmsilçisi daha əvvəl Türkiyənin "Qalatasaray" klubunun iki rəsmi təklifini geri çevirdikdən sonra afrikalı vingeri bu "transfer pəncərəsi"ndə komandadan buraxmaq niyyətində deyil.
Qeyd edək ki, geridə qalan mövsümdə Sarr "Kristal Pelas"ın heyətində bütün turnirlərdə ümumilikdə 45 oyuna çıxıb, bu matçlarda 21 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun klubla hazırkı müqavilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında vingerin dəyəri 45 milyon avro təşkil edir.













