İtaliyanın "Yuventus" klubu qapıçı Mattia Perinin "Palermo"ya keçdiyini rəsmən elan edib.

Matc.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klubun yaydığı bəyanatda futbolçu ilə yolların ayrılması barədə bu fikirlərə yer verilib: "Həmişə etibarlılığı, peşəkarlığı və komanda ruhu ilə seçilən oyunçunun ağ-qara karyerasında mühüm bir mərhələ beləcə başa çatır. Mattia hər zaman "Yuventus"un qapısını xarizma və fədakarlıqla qoruyub, həm meydanda, həm də meydandan kənarda çox dəyərli bir oyunçu olaraq qalıb. Karyeranın yeni mərhələsində sənə uğurlar arzulayırıq, Mattia!"

Xatırladaq ki, Perin 2018-ci ildə "Yuventus"a qoşulub, klubun heyətində 71 matçda meydana çıxıb və 4 trofey qazanıb. "Transfermarkt" portalında qolkiperin transfer dəyəri 2 milyon avro qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest