"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo İspaniya millisinin oktyabrda keçiriləcək DÇ-2026-nın seçmə mərhələsində iştirak etməyəcək.

Matc.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

Futbolçu sol baldırından zədə alıb. O, sonrakı müalicə üçün şənbə günü Kataloniya klubuna qayıdacaq.

Qeyd edək ki, İspaniya millisi oktyabrın 11-də Gürcüstanı, oktyabrın 14-də isə Bolqarıstanı qəbul edəcək. E qrupuna mübarizə aparan İspaniya 6 xalla turnir cədvəlinə başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest