10 Oktyabr 2025, 18:14
FUTBOL
Avstriya milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində doğma meydanda San Marinonu 10:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, bu qarşılaşma Marko Arnautoviç üçün əlamətdar olub.
4 qol vuran "Srvena Zvezda"nın futbolçusu yığma tarixinin bombardiri olub. 36 yaşlı forvard Avstriya millisinin heyətində vurduğu qolların sayını 45-ə çatdırıb.
Qeyd edək ki, bundan əvvəlki bombardir 44 dəfə fərqlənən Toni Polster idi.












