09 Oktyabr 2025, 14:55
FUTBOL
Sebastian Şimanski "Fənərbaxça"dan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.
İstanbul təmsilçisi polşalı yarımmüdafiəçini satmaq istəyir. Klub 10 milyon avroluq təklif gəlsə, 26 yaşlı futbolçunu satacaq. Polşa millisinin üzvü özü də ayrılığa isti yanaşır.
Qeyd edək ki, Sebastian Şimanski bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 14 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.












