Fransa milli komandası DÇ-2026-nın seçmə mərhələsinin III turu çərçivəsində doğma meydanda Azərbaycan seçməsini qəbul edəcək.

Matc.az xəbər verir ki, yığmamızla oyundan əvvəl ikiqat dünya çempionlarının daha bir futbolçusu məşqdə iştirak etməyib.

Yüngün zədəsi olan İbrahima Konate dünən baş tutan hazırlıq prosesinə qatılmayıb. Komandanın tibbi heyəti "Liverpul"un müdafiəçisinin vəziyyətini qiymətləndirir.

"Real"ın hücumçusu Kilian Mbappe də zədə səbəbindən məşqdə yer almayıb.

Qeyd edək ki, Fransa - Azərbaycan qarşılaşması oktyabrın 10-da "Park De Prens" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest