"Qalatasaray" Lukas Torreyranı uzun illər komandada saxlamaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.

İstanbul nəhəngi uruqvaylı yarımmüdafiəçinin 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsini uzatmağı planlaşdırır. "Sarı-qırmızılar" 29 yaşlı futbolçuya 2 illik yeni sözləşmə təklif edəcək.

Qeyd edək ki, Lukas Torreyra bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 10 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest