05 Oktyabr 2025, 10:12
FUTBOL
"Liverpul"un baş məşqçisi Arne Slotun İngiltərə Premyer Liqasının 7-ci turunda "Çelsi"yə 2:1 hesabı ilə uduzması ardıcıl üçüncü məğlubiyyəti olub.
Matc.az xəbər verir ki, bu, onun məşqçilik karyerasının ən pis göstəricisidir.
Buna qədər "mersisaydlılar" İngiltərə Premyer Liqasında "Kristal Pelas"a (1:2), Çempionlar Liqasında isə "Qalatasaray"a (0:1) uduzmuşdu.
Qeyd edək ki, "Liverpul" hazırda 15 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir.
Slotun komandası növbəti mərhələdə evdə "Mançester Yunayted"lə qarşılaşacaq.












