"Real" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

Bildirilir ki, ingilis klubu yarımmüdafiəçi Rodrinin Madrid klubuna, Eduardo Kamavinqanın isə onlara keçməsi ilə bağlı razılaşmanı nəzərdən keçirir.

"Real" bir müddətdir ki, Rodrini izləyir. Mançester klubu isə fiziki hazırlığı ilə bağlı problemləri olduğuna görə onu satmağı və ya mübadilə etməyi düşünür.

Qeyd edək ki, Rodri bu mövsüm "Mançester Siti"nin heyətində 6 oyun keçirib, lakin fərqlənə bilməyib. Kamavinqa isə "Real"ın heyətində 4 matçda meydana çıxıb və 1 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest