"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandasının hazırki vəziyyət ilə bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis uğursuz nəticələrə baxmayaraq, komandaya rəhbərlik etməyə davam etmək arzusunda olduğunu bildirib.
"Burada heç kim sadəlövh deyil. Biz başa düşürük ki, layihəni davam etdirmək üçün bizə nəticələr lazımdır. Biz hər kəs üçün qeyri-mümkün olacaq bir nöqtəyə çatacağıq, çünki bu, çoxlu sponsorları olan, iki sahibi olan çox böyük klubdur. Ona görə də balans tapmaq həqiqətən çətindir. Burada olmaq arzudur və mən davam etmək istəyirəm. Bunun üçün mübarizə aparmaq istəyirəm".
Daha əvvəl bildirilmişdi ki, "Old Trafford"da Ruben Amorimin qovulmağı gözləməyəcəyi və baş məşqçi postundan istefa verəcəyi qorxusu var.
Qeyd edək ki, Premyer Liqada 6 oyundan sonra "Mançester Yunayted"in cəmi 7 xalı var və 14-cü sırada qərarlaşıb.












