04 Oktyabr 2025, 13:52
FUTBOL
"Mançester Yunayted" Ruben Amorimin baş məşqçi postundan qovulmasını ciddi şəkildə düşünür.
Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Bildirilir ki, hər şey "Sanderlend"lə oyunun nəticəsindən asılı olacaq. Portuqaliyalı mütəxəssis uduzsa, klubu tərk etmə ehtimalı yüksəkdir.
Qeyd edək ki, Premyer Liqada 6 oyundan sonra "Mançester Yunayted"in cəmi 7 xalı var və 14-cü sırada qərarlaşıb.
"Sanderlend"lə oyun bu gün saat 18:00-da baş tutacaq.












