Özbəkistan Futbol Assosiasiyası (UFA) 2006-cı il dünya çempionatının çempionu Fabio Kannavaro ilə milli komandada yer almaq üçün danışıqlar aparması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Matc.az xəbər verir ki, bu barədə qrumun mətbuat xidməti məlumat paylaşıb.
"Özbəkistan Futbol Assosiasiyası qarşıdakı mərhələyə hazırlıqla bağlı bütün istiqamətlər üzrə sistemli işlərə başlayıb. Xüsusilə, milli komandanın inkişafına töhfə vermək üçün təcrübəli beynəlxalq mütəxəssislərin, o cümlədən dünya çempionatında iştirak etmiş mütəxəssislərin dəvət olunması istiqamətində fəal iş aparılır.
Bununla bağlı UFA rəhbərliyi müasir futbolun ən parlaq ulduzlarından biri – tanınmış italiyalı mütəxəssis, dünya kubokunun qalibi, 2006-cı ildə FİFA üzrə dünyanın ən yaxşı oyunçusu Fabio Kannavaro ilə danışıqlar aparır".
Qeyd edək ki, daha əvvəl KİV Kannavaronun şifahi razılıq verdiyini yazmışdı.












