Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv Rusiya millisi ilə qarşılaşacaq.
Bu gün Azərbaycanın U-16 millisi III MDB Oyunlarında final görüşünə çıxıb.
Matc.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv Rusiya millisi ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilən oyuna yığmamız 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, millimiz qrupdakı oyunlarında Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub edib.
III MDB Oyunları
U-16, final
Azərbaycan – Rusiya - 2:3
Qollar: Əli Bəşirov, 46, 67 // Klim Denisov, 73, İvan Kuzmin, 74, Ratmir Lukianov, 76
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Elvin Mədətov, Ağadur Mahmudov
Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu












