04 Oktyabr 2025, 09:42
FUTBOL
"Mançester Siti" braziliyalı vinger Savinyo ilə yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı braziliyalının yeni müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Maliyyə detalları açıqlanmayıb.
Savinyo "Mançester Siti"yə 2024-cü ilin yayında Fransanın "Troyes" klubundan 25 milyon avroya keçib. O, 2023/24 mövsümünü İspaniyanın "Jirona" klubunda icarə əsasında keçirib.
Qeyd edək ki, O, bu mövsüm 6 oyunda 1 qol vurub. Savinyonun transfer dəyəri hazırda 50 milyon avro qiymətləndirilir.












