İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt Ruben Amorim istefaya göndəriləcəyi təqdirdə "Mançester Yunayted"in başına keçməyə hazırdır. Lakin 55 yaşlı mütəxəssis "qırmızı şeytanlar"ın rəhbərliyinin ondan dərhal nəticə tələb edəcəyindən ehtiyat edir.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Sautqeyt hesab edir ki, onun rəhbərliyi altında "Mançester Yunayted" Çempionlar Liqası uğrunda mübarizə aparmağa qadir komanda yaratmaq üçün 4 ilə qədər vaxt lazım ola bilər. İngilis mütəxəssis istəyir ki, "qırmızı şeytanlar" onun komandaya rəhbərlik edəcəyi təqdirdə uzunmüddətli plana zəmanət versinlər.
Qeyd edək ki, Sautqeyt 2016-2024-cü illərdə İngiltərə yığmasının baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında milli komanda iki dəfə Avropa çempionatının finalına yüksəlib.












