03 Oktyabr 2025, 14:18
FUTBOL
"Tottenhem" mövsümün sonunda müqaviləsi başa çatan Rodriqo Bentankuru komandada saxlamağı bacarıb.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi uruqvaylı yarımmüdafiəçinin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Neçə il olduğu açıqlanmasa da, uzunmüddətli sözləşmə olduğu qeyd olunub.
Qeyd edək ki, Rodriqo Bentankur bu mövsüm "Tottenhem"in heyətində 9 oyunda meydana çıxıb. 28 yaşlı futbolçu 2022-ci ilin yanvar ayından London klubunda çıxış edir.












