"FourFourTwo" portalı "Qızıl top" tarixinin ən mübahisəli qərarlarının reytinqini tərtib edib.
Britaniyanın məşhur "FourFourTwo" portalı "Qızıl top" tarixinin ən mübahisəli qərarlarının reytinqini tərtib edib.
Matc.az "FourFourTwo"ya görə, "Qızıl top" mükafatı tarixində 10 mübahisəli qərarları təqdim edir:
1. Robert Levandovski mükafatı Lionel Messi əvəzinə 2021-ci ildə və ya pandemiya səbəbindən mükafat verilməyən 2020-ci ildə qazanmalı idi.
2. Tyerri Anri 2003-cü ildə Pavel Nedvedin və ya 2004-cü ildə Andrey Şevçenkonun əvəzinə almalı idi.
3. 2010-cu ildə mükafatı Lionel Messinin yerinə Uesli Sneyder almalı idi.
4. 2023-cü ildə mükafatı Lionel Messinin yerinə Erlinq Haaland almalı idi.
5. 2013-cü ildə mükafatı Kriştiano Ronaldonun əvəzinə Frank Riberi almalı idi.
6. 2019-cu ildə mükafatı Lionel Messinin yerinə Vircil van Deyk almalı idi.
7. 2018-ci ildə Luka Modriçin əvəzinə mükafatı Kriştiano Ronaldo, Məhəmməd Salah və ya Antuan Qrizmann almalı idi.
8. 2001-ci ildə mükafatı Maykl Ovenin əvəzinə Oliver Kan və ya Raul Qonzales almalı idi.
9. 1960-cı ildə mükafatı Luis Suarezin əvəzinə Ferens Puşkas almalı idi.
10. 2006-cı ildə Mükafatı Fabio Kannavaronun yerinə Canluici Buffon almalı idi.
Xatırladaq ki, bir neçə gün əvvəl "Qızıl top"u PSJ-nin cinah oyunçusu Usman Dembele qazanıb.












